AZXEBER.COM "Report”a istinadla xəbər verir ki, o, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Paşinyanın sözlərinə görə, müvafiq qanun artıq qəbul edilib. Bununla belə, o, İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb.
"Biz Rusiya Federasiyası ilə münasibətlərimizin daha da dərinləşdirilməsində maraqlıyıq”, – Paşinyan bildirib.
Görüş zamanı Putin Paşinyanın qanunun qəbul edilməsinin Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə bəyanat demək olmadığı barədə iddiası ilə razılaşmayıb.
"Əsas məsələ ilə bağlı sizinlə razılaşmıram. Siz dediniz ki, çıxmaq barədə bəyanat verməmisiniz. Başqa iqtisadi təşkilata daxil olmaq prosedurunun başlanması haqqında qanunun qəbul edilməsi faktiki olaraq bizim təşkilatdan çıxmaq deməkdir”, – Rusiya Prezidenti deyib.
Buna cavab olaraq Paşinyan bildirib ki, qanunun qəbul edilməsi, əksinə, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirmək ideyasından imtinası demək idi.











































