Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Yerevanda növbəti iki gün üçün etiraz aksiyalarının dayandırıldığını bildirib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, o, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında deyib.
N.Paşinyan bildirib ki, etirazlar aprelin 29-da yeni qüvvə ilə başlaması üçün dayandırılır:
"Etirazlar Ermənistanın digər şəhərlərində də baş tutmalıdır. Biz bu günlərdə Gümrü və Vanadzorda olacağıq".