Paşinyan Alen Simonyana yüksək vəzifə verdi

Paşinyan Alen Simonyana yüksək vəzifə verdi
DÜNYA
12:29 13.08.2026
305
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. O, bu vəzifədə Armen Qriqoryanı əvəz edib.

Müvafiq sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Daha əvvəl hökumətin iclasında çıxış edən Paşinyan Qriqoryanın həmin iclasda Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə iştirak etdiyini bildirib. Qriqoryan bu vəzifəni təxminən 8 il tutub.

Təhlükəsizlik Şurasının katibinin dəyişdiriləcəyi barədə daha əvvəl Ermənistan mediası məlumat yayıb.
"Hraparak” qəzeti Paşinyanın Qriqoryanı yenidən bu vəzifəyə təyin etmək niyyətində olmadığını yazıb.

Daha sonra "MakaryanNews” nəşri bu postun iyunun 7-də keçirilən parlament seçkilərindən sonra vəzifəsiz qalan parlamentin keçmiş spikeri Alen Simonyana həvalə oluna biləcəyini bildirmişdi.

Beləliklə, Simonyanın Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR