Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla tezliklə sülh sazişinin imzalanması barədə danışıb.
AZXEBER.COM bunu mümkün sayan Paşinyanın açıqlamasını təqdim edir:
"Hər gün sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir. Söhbət ondan gedir ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, bunlara nail olunacaqlar. Daha doğrusu, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, daha sonra Brüsseldə əldə olunub. Sazişin əsas prinsipləri razılaşdırılıb, yalnız onu sülh müqaviləsinin mətninə köçürmək qalır; İnanıram ki, bizim bu işi tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi daha sonra müzakirə olunacaq başqa bir məsələdir."