Paşinyan azərbaycanlı jurnalistin bu sualı qarşısında susdu - VİDEO

Paşinyan azərbaycanlı jurnalistin bu sualı qarşısında susdu - VİDEO
SOSİAL
13:35 19.02.2023
275

Xəbər verdiyimiz kimi, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Bu görüşdən sonra "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas olub.

"Xəzər Xəbər”in şef-redaktoru Nəcəf Həsənov Paşinyana plenar iclasa gələrkən sual ünvanlayıb, üçtərəfli görüşün nəticəsini necə dəyərləndirdiyini soruşub. Sualı dinləyən Paşinyan isə susqunluq nümayiş etdirib və cavab verməkdən imtina edərək plenar iclasın keçiriləcəyi zala tərəf hərəkət edib.

Həmin görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR