Paşinyan: "Baş nazir vəzifəsi hakim partiyada qalsa, seçkiləri boykot edə bilərik"

Paşinyan: "Baş nazir vəzifəsi hakim partiyada qalsa, seçkiləri boykot edə bilərik"
DÜNYA
13:59 02.05.2018
4834
Ermənistanda müxalifət lideri Nikol Paşinyan ölkədə gözlənilən erkən parlament seçkilərinin boykot edilməsini istisna etmədiyini bildirib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, N. Paşinyan deyib ki, əgər baş nazir vəzifəsində Respublika Partiyasının nümayəndəsi qalacaqsa, bu halda seçkilər boykot ediləcək. "Hər şey atmosferdən asılıdır. Biz boykotu istisna etmirik, lakin bu gün Respublika Partiyasının hakimiyyətdə qalmaq üçün heç bir şansı yoxdur", - deyə o, bəyan edib.

N. Paşinyan qeyd edib ki, hakim partiya ölkədə yaranmış vəziyyəti dərk etmir: "Mənə indi məlumat verildi ki, Yerevana gələn bütün yollar bağlanıb. Paytaxtın özündə də yollarda, metroda, dəmir yolunda hərəkət dayandırılıb, aeroporta gedən yol qapadılıb".

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq etmədikdən sonra müxalifət lideri xalqı vətəndaş itaətsizliyinə çağırıb.
OXŞAR XƏBƏRLƏR