"Paşinyan böyük səs çoxluğu ilə rəqiblərinə qalib gələ biləcək"

"Paşinyan böyük səs çoxluğu ilə rəqiblərinə qalib gələ biləcək"
SİYASƏT
15:14 29.03.2021
532
Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcəyini açıqlayıb. O iyun ayında keçiriləcək seçkilərdə yenidən iştirak etmək niyyətindədir.
 
Bəs görəsən iyun seçkiləri Ermənistana və regiona nə vəd edir? Paşinyanın yeni seçkilərdə şansı nə qədərdir?
 
AZXEBER.COM bu sualla politoloq Anar Əliyevə müraciət edib. 
 
Politoloqun sözlərinə görə, mövcüd vəziyyət onu göstərir ki, Paşinyan rəqiblərinə qalib gələ biləcək:

"Bunlar çox aktual məsələlərdir və Ermənistan cəmiyyətində də maraqla izlənilir. 10 noyabr bəyənatından sonra biz qeyd etmişdik ki Paşinyan hakimiyyəti qoruyub saxlamağa, Parlament seçkiləri keçirməklə mövcud olan situasiyanı daha da aydınlaşdırmağa və cəmiyyətdən dəstək alıb hakimiyyətini möhkəmləndirməyə çalışacaq.

Artıq Paşinyan xalqdan ala biləcəyi dəstək sayəsində növbədənkənar seçkilərə bağlı qərarını vermiş oldu. Ermənistan konustitusiyasına görə, Baş nazir Parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən uzaqlaşmalıdır. Əks halda, namizədliyini irəli sürə bilməz. Ona görə də Paşinyan aprelin əvvəllərində istefa verəcəyini bildirdi. Bu, onu göstərir ki, Paşinyan seçkilərdə iştirak etmək və qalib gəlməkdə israrlıdır. Hazırki seçki öncəsi vəziyyət və Ermənistandakı reallıqlar onu deməyə əsas verir ki, Paşinyan böyük səs çoxluğu ilə rəqiblərinə qalib gələ biləcək. Keçirilmiş bir çox beynəlxalq monitorinqlər göstərir ki, Paşinyanın hazırki reytinqi, təxminən 33-35 faiz arası dəyişir. Bu da real rəqiblərlə müqayisədə dəfələrlə çoxdur”.

Anar Əliyev Manukyanın seçkilərdə iştirak etməyəcəyindən də danışıb: 

"Artıq Manukyan da seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. Bu, o deməkdir ki, Paşinyan və onun arxasında dayanan qüvvələr çox gözəl anlayırlar ki, seçkilər baş nazir Paşinyanın nəzarəti altında keçiriləcəksə, seçkiləri saxtalaşdırmaq, bunu təşkil edən şəxsləri şantaj etmək imkanları olmayacaq. Belə olduğu halda, onların seçkilərdə qalib gəlmək imkanları yoxdur. Buna görə də Manukyan seçkilərdə iştirak etməyəcəyi haqda ilkin fikirlərini bildirib”.

Politoloq Anar Əliyev Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü haqda deyib ki, növbəti keçiriləcək görüşdə kommunukasiya, inteqrasiya kimi mövzular müzakirə olunacaq:

"Digər maraqlı məqam isə yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşünün keçiriləcəyi ilə bağlı fikirlərin səslənməsidir. Bildiyimiz kimi, yanvarın 11-də keçirilmiş görüşdə razılaşdırılmışdır ki, mart ayının 1-nə qədər kommunikasiya əlaqələrinin qurulması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsdində işçi qrupu təklifləri hazırlayıb liderlərə təqdim edəcəkdir. Amma bəzi məlumatlara görə, Ermənistandakı mövcüd reallıqları nəzərə alaraq Paşinyan Rusiya və Azərbaycan liderlərindən vaxtın uzadılması ilə bağlı xahişlər edib və görünür həmin xahişlər nəzərə alınıb.
 
Hesab edirəm ki, növbəti keçiriləcək görüşdə məhz kommunikasiya xətlərinin açılması, inteqrasiya əlaqələrinin genişləndirilməsi və Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinə aydınlıq gələcək mövzular müzakirə oluna bilər.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR