Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”

Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”
SİYASƏT
14:43 17.10.2023
142
"Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır”.

Bunu ölkənin baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, demokratiya Ermənistan üçün strateji seçimdir və bu, Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb: "Söhbət xüsusilə Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR