Ermənistan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla elektrik enerjisinin idxalı imkanlarını müzakirə edir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycandan elektrik enerjisi idxal etmək imkanlarını araşdırır.
"Elektrik enerjisinin müxtəlif təchizat rejimləri mövcuddur. Bəzən ölkələrdə enerji artıqlığı, bəzən isə enerjiyə tələbat yaranır. Ermənistanın süni intellekt sahəsinə qoyduğu investisiyaları nəzərə alaraq, anlamalıyıq ki, əgər zərurət yaranarsa, hər hansı bir yerdən, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal etmək imkanı varmı?", - Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Laçında elektrik enerjisinin ixracı və idxalı məsələlərinə həsr olunmuş görüşünü şərh edərkən bildirib.
O, həmçinin vurğulayıb ki, Ermənistan bu məsələləri Gürcüstan, Türkiyə və İranla müzakirə edir.
///report///











































