Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil

Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil
DÜNYA
20:16 28.04.2025
216
İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil, çünki iki ölkə arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tallində estoniyalı həmkarı Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Ermənistanın xarici siyasəti müxtəlif istiqamətlərdə qurulub. Ermənistanla Rusiya arasındakı münasibətlər qarşılıqlı maraqlar üzərində dayanır və dayanacaq da. Amma mən çox aydın şəkildə demək istəyirəm ki, Ermənistanda çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətimiz yoxdur. İrəvan bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Azərbaycanla və Türkiyə ilə yaxşı münasibətlər qurmağı hədəfləyir”, - o deyib.
 
/report
OXŞAR XƏBƏRLƏR