Paşinyan: Ermənistan Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmağı planlaşdırmır

Paşinyan: Ermənistan Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmağı planlaşdırmır
DÜNYA
11:58 26.02.2026
232
Ermənistanın Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarmaqla bağlı planları yoxdur.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada diplomatik nümayəndələr və analitiklərlə görüşündə bildirib.

"Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var, iqtisadi və siyasi əlaqələrimiz möhkəmdir”, - Baş nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR