Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını bildirib

Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını bildirib
SİYASƏT
02:07 10.11.2020
2866

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə o özünün "facebook"dakı səhifəsində yazıb.

"Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə o qeyd edib.

OXŞAR XƏBƏRLƏR