Paşinyan: “Ermənistan uzun müddət münaqişə içərisində yaşaya bilməz”

Paşinyan: “Ermənistan uzun müddət münaqişə içərisində yaşaya bilməz”
DÜNYA
10:20 26.07.2023
164
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın uzun müddət münaqişə nizamında yaşaya bilməyəcəyini bəyan edib və Azərbaycanla ölkəsi arasında danışıqların uğurlu olmasını istədiklərini bildirib.

AZXEBER.COM xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın paytaxtı İrəvanda keçirdiyi mətbuat konfransında mövcud hadisələri dəyərləndirib. 

Azərbaycanla sülh sazişi danışıqlarının və Türkiyə ilə normallaşma prosesinin davam etdiyini izah edən Paşinyan qeyd edib ki, onlar Azərbaycanla imzalanacaq müqaviləyə Qarabağ və regionda xalqın təhlükəsizliyinin daxil edilməsinin tərəfdarı olduqlarını, lakin heç bir dəqiq qərarın alınmadığını qeyd edib. 

Dünyada Qarabağı Azərbaycan ərazisi kimi tanımayan elə bir ölkə olmadığına işarə edən Paşinyan xatırladıb ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu Qarabağın Azərbaycanın suverenliyi altında olduğunu qəbul edir.

Beynəlxalq ictimaiyyətin Qarabağın birbaşa həllini istədiyini qeyd edən Paşinyan dünyada tək yaşamadıqlarını və beynəlxalq ictimaiyyətin maraqlarına uyğun hərəkət etməli olduqlarını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR