Paşinyan: Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməlidir

SİYASƏT
11:35 09.01.2025
176
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.

Bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirə olunduğu hökumət iclasında bildirib.

"Parlamentin müvafiq qanun layihəsini qəbul edib-etməməsindən asılı olmayaraq, Ermənistanın Aİ-yə üzv olmaq niyyəti ümumxalq referendumu vasitəsilə təsdiqlənməlidir", - o qeyd edib.

///report

OXŞAR XƏBƏRLƏR