Paşinyan Ermənistanın Rusiya ilə əməkdaşlığından danışdı

Paşinyan Ermənistanın Rusiya ilə əməkdaşlığından danışdı
DÜNYA
18:19 06.04.2021
482
Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığından danışıb.

AZXEBER.COM unikal.org-a istinadən bildirir ki, Paşinyan bu mövzuya "Interfax"a müsahibəsi zamanı toxunub.

Paşinyan bildirib ki, Ermənistan Rusiya ilə dərin və uzunmüddətli hərbi-texniki əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, bu məsələ hər iki ölkənin strateji maraqlarına uyğundur.

Ermənistan baş naziri həmçinin Rusiyadan "SU-30M" qırıcılarının idxal edilməsi barədə suala müsbət cavab verib və qırıcıları çoxfunksiyalı və müasir adlandırıb.
OXŞAR XƏBƏRLƏR