Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb
SİYASƏT
10:18 08.08.2026
675
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib.

 Paşinyan bunu 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün ildönümü münasibətilə Ermənistan xalqına müraciətində deyib.

Paşinyan bildirib ki, bir il əvvəl ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Ağ Evdə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticəsində iki ölkə arasında sülh bərqərar olub.

Onun sözlərinə görə, Ermənistan tərəfi artıq 8 avqust görüşünü "Sülh Sammiti”, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə qəbul etdikləri və Donald Trampın şahid qismində imzaladığı birgə bəyannaməni isə "Sülh Bəyannaməsi” adlandırır.

"Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh hər kəs üçün görünən və hiss ediləndir”, – Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, bununla belə, sülh gündəliyinin həyata keçirilməsində son nöqtəyə hələ çatılmayıb. O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən paraflanmış "Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” hələ imzalanmalı və ratifikasiya olunmalıdır. Paşinyan, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının davam etdirilməli olduğunu bildirib.

"Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub. O, gözünüzün qarşısındadır, həyatınızın və gündəlik həyatın bir hissəsinə çevrilib”, – Baş nazir əlavə edib.

O, Ermənistan-Azərbaycan sülhünün bərqərar olmasına verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

"Ermənistan xalqını 8 avqust münasibətilə təbrik edirəm. Azərbaycan xalqını 8 avqust münasibətilə təbrik edirəm”, – Paşinyan müraciətini yekunlaşdırıb.  i  
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Paşinyanı qəbul etdi
02:32 24.09.2026
Ərdoğan Paşinyanı qəbul etdi
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO