Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin ofisində məlumat yayıb.
Bu gün Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişelin üçtərəfli görüşü planlaşdırılır.
Mənbə yazır ki, Paşinyanın Mişel ilə təkbətək söhbəti nəzərdə tutulub.