Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada erməni iş adamları il görüşü heç də yaxşı keçməyib və Paşinyan İrəvana əliboş qayıtmalı olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Moskvadakı görüşdə əsasən, Ermənistanın əvvəlki hökuməti – Serj Sarkisyanla xüsusi bağlara malik ona sadiq erməni biznesmenlər iştirak ediblər və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb.
"Erməni iş adamlarından çoxu Paşinyanla görüşə sadəcə izləyici kimi gəldilər, oturdular və getdilər. Digərləri isə Paşinyana bəyan etdilər ki, daha Ermənistana pul ötürməyəcəklər.
Çünki İrəvandakı yeni hökumətin onlar üçün əlavə baş ağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi şantaj və saxta ittihamlar yolu ilə həbsə atılmamaq üçün Ermənistana "investisiya” ayırmaq niyyətləri yoxdur”, – deyə "Joxovurd” yazıb.