Paşinyan: Müxalifət etirazları dayandırmayacaq

Paşinyan: Müxalifət etirazları dayandırmayacaq
DÜNYA
21:44 24.04.2018
5513
Müxalifət öz məqsədlərinə çatmayanacan etiraz aksiyalarına fasilə verilməyəcək.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki,  bunu Ermənistanın müxalif deputatı, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan bildirib.

"İnqilabımızın məntiqi sonuna qədər heç bir fasilə olmayacaq. Sabah biz Respublika meydanında mitinq keçirəcəyik. Biz bir saat, hətta yarım saat ərzində istənilən tədbiri təşkil edə bilirik. Biz vəziyyətə sahibik və xalq bizə dəstək verir", deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, inqilabın məntiqi sonu baş nazir vəzifəsinə xalqdan namizədin təyin olunmasıdır.

O həmçinin qeyd edib ki, ölkədə növbədənkənar parlament seçkiləri 1-2 ay ərzində keçirilməlidir.
OXŞAR XƏBƏRLƏR