Paşinyan parlamentdəki müxalifət partiyasının lideri ilə görüşüb

Paşinyan parlamentdəki müxalifət partiyasının lideri ilə görüşüb
SİYASƏT
15:17 04.03.2021
738
Ermənistanın baş naziri Nikol Paşinyanla İşıqlı Ermənistan parlament fraksiyasının başçısı Edmon Marukyanın görüşü başa çatıb.

Onun sözlərinə görə, Nikol Paşinyan Baş Qərargahın rəisi Onik Qasparyanın istefasını növbədənkənar parlament seçkiləri ilə əlaqələndirmir: "Mən təklif etdim ki, silahlı qüvvələri rahat buraxıb seçkilərə getmək lazımdır. Çünki seçkilərsiz ölkədə yaranmış böhrandan çıxmaq mümkün deyil”.

E.Marukyan bildirib ki, parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası da mövqeyini açıqlayandan sonra müzakirə davam edəcək: "Bizim mövqeyimiz əsasında məsələni həll edilmiş saymaq olmaz”.

O, danışıqların nəhayət uğurla başa çatacağına ümidvar olduğunu söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR