Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz

Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
DÜNYA
18:47 12.10.2026
133
Ermənistanın Rusiya ilə münasibətləri, siyasi şəraitdən asılı olmayaraq, artıq əvvəlki kimi ola bilməz.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın RFI radiosuna müsahibəsində bildirib.

"Rusiya ilə münasibətlərin kəsilməsi və ya pisləşməsi heç vaxt məqsədimiz olmayıb və olmayacaq. Əksinə, biz Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyirik. Lakin bir şeyi etiraf etmək lazımdır: vəziyyətdən və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz", - o deyib.

Paşinyan vurğulayıb ki, Ermənistan qarşısına Rusiyadan asılılıqdan xilas olmaq məqsədi qoymur, əksinə, öz xarici əlaqələrini şaxələndirməyə çalışır.

"Biz heç kimdən asılı olmaq istəmirik. Başqa sözlə, biz A-dan asılı olmağı dayandırıb B-dən asılı olmağa başlamağa can atmırıq. Bu bizim siyasətimiz deyil. Bizim siyasətimiz müstəqilliyin möhkəmləndirilməsi, konsolidasiyası və inkişafından ibarətdir", - Ermənistan baş naziri qeyd edib.

Onun sözlərinə görə, İrəvan o cümlədən ixrac və idxal məsələlərində vətəndaşlara və biznesə alternativ imkanlar təmin edərək, balanslaşdırılmış xarici siyasəti davam etdirmək niyyətindədir.
 
///report
OXŞAR XƏBƏRLƏR