Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
AZXEBER.COM "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
O, bildirb ki, sülhməramlıların mandatının qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Ancaq buna razı olmadılar və təklifimiz rədd edildi: "Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”.
O, həmçinin sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını da əlavə edib.
Günel