Paşinyan seçkilərdən sonra ilk işgüzar səfərini Rusiyaya etdi

Paşinyan seçkilərdən sonra ilk işgüzar səfərini Rusiyaya etdi
DÜNYA
09:39 06.07.2026
403
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə baş tutan seçkilərdən sonra ilk işgüzar səfərini Rusiya Federasiyasına edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata görə, Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunacaq "Sənaye 360. Sərhədsiz istehsal" mövzulu plenar iclasda iştirak edəcək.

Məlumatda həmçinin qeyd edilir ki, səfər proqramına Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında ikitərəfli görüşün keçirilməsi də daxildir.
OXŞAR XƏBƏRLƏR