Paşinyan Soçi görüşündən dərhal sonra niyə İrana getdi? – “Ermənistanın ağlı olsa..”

Paşinyan Soçi görüşündən dərhal sonra niyə İrana getdi? – “Ermənistanın ağlı olsa..”
SİYASƏT
16:23 01.11.2022
818
"Paşinyanın İrana səfəri rəsmi səfərdir. Əvvəlcədən hazırlanır, xarici işlər nazirlərinin protokol idarələri bu prosesəri əvvəlcədən hazırlayırlar, anonslar səsləndirilir. Yəni, prosedurlar var. Amma ola bilər ki, Soçi görüşündən dərhal sonra bu, təsadüfdür. Çünki Soçi görüşü əvvəlcədən anons edildi, ancaq onun dəqiq vaxtı bilinmirdi. Elə oldu ki, bu günə təsadüf etdi. Ola bilər ki, oktaybrın 31-i yox, noyabrın 1-ə nəzərdə tutulmuşdu, ancaq Paşinyanın İrana səfəri var idi deyə, onu bir gün əvvələ salıblar. Çünki Soçi görüşünün vaxtını təşəbbüskar qismində çıxış etmiş Moskva həll edirdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Tofiq Abbasov Paşinyanın İrana səfərini şərh edərkən deyib.
 
O, qeyd edib ki, Ermənistan və İran xarici siyasət və ticarət sahəsində özlərinin yaxşı dövrünü yaşamırlar:

"Bu səfərin əsas mahiyyətindən danışaq. Təbii ki, burada həm İran, həm Ermənistan – bunlar qonşu ölkələrdir, ikitərəfli münasibətləri var. Onlar da bir çox vacib sahələri əhatə edir. Onların ortaq layihələri də var, yol tikintisi, tunellər, enerji sektoru və s. Belə səfərlər əsanasında nazirliklərin nümayəndələri bir araya gəlirlər, konfranslar da keçirilir. Amma əsas məsələ liderlərin görüşüdür. Hesab edirəm ki, bir qədər Ermənistanın şəraitinə, İranın özünün də şəraitinə baxsaq, görərik ki, onlar xarici siyasət və ticarət sahəsində bir o qədər də özlərinin yaxşı dövrünü yaşamırlar, çətinlikləri çoxdur. Amma istəyirlər ki, boşluqları doldursunlar”.
 
 

Politoloq qeyd edib ki, Ermənistanın düşüncələri xülyadır:

"O ki, qaldı Ermənistanın gözləntilərinə, düşünrəm ki, Ermənistan özünü şimal-cənub nəqliyyat dəhlizinin vacib bir bəndi kimi təsdiqləsin. Təsadüfi deyil ki, istənilən böyük formlarda, konfranslarda Paşinyan iştirak edərək bildirir ki, guya şimal-cənub dəhlizi Ermənistanın olmamasında iflasa uğrayacaq. Guya Ermənistan bu layihədə olmasa, layihə çətin olacaq. Amma əslində bu, xülyadır. Çünki şimal-cənub dəhlizini hələ avropalılar təklif edəndə bildirmişdilər ki, onlar üçün ən önəmli məsələ Rusiya-Azərbaycan-İran vasitəsilə həm Fars körfəzinə çıxsınlar, həm daha uzaq Şərqə. Bunun da nəqliyyat məsələsində böyük rolu ola bilər.

Düzdür, burada İran prosesi ləngidir, ancaq Ermənistan heç vaxt Azərbaycan olan yerdə bu layihədə vacib rolunu tuta bilməz. Birincisi, Ermənistanın nəqliyyat strukturu çox zəifdir, digər tərəfdən yolları bərbad vəziyyətdədir. Ermənistan yollarında da geoloji baxımdan mühit mürəkkəbdir”.

Politoloq həmçinin qeyd edib ki, Ermənistan investisiya baxımından çox zəifdir:

"İndi Ermənistan bilməlidir ki, sənin istəyinlə imkanların üst-üstə düşmürsə, niyə ictimai fikri çaşdırırsınız? Ermənistan investisiya baxımından çox zəifdir, ölkənin dövlət borcları, bildiyimə görə, 8 milyardı ötmək üzrədir. Baxmayaraq ki, özləri 3 milyarddan artıq deyir. Digər tərəfdən də İranın elə bir investisiya imkanları yoxdur ki, desin ki, mən bu prosesin maliyyə yükünü üzərimə götürürəm. Amma Ermənistanın ağılı olsaydı, Azərbaycanın təkliflərini qəbul edərdi. Məğlub ölkə kimi ona qalib ölkədən əlverişdi təkliflər gəlir. Amma Ermənistan bu məsələdən qorxur. Onlar özləri iblis libasına giriblər və sağlam təşəbbüslərə yox deyirlər. Amma məsələ burasındadır ki, Azərbaycan Ermənistanın iştirakı olmadan bütün layihələri həyata keçirib. Bunlarla da Azərbaycanın nüfuzu dünyada artmaqdadır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
21:11 07.10.2026
Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
21:06 07.10.2026
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
21:00 07.10.2026
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
20:53 07.10.2026
Ağdaşda yol qəzası oldu - Yaralananlar var
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
20:49 07.10.2026
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
20:44 07.10.2026
Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
20:40 07.10.2026
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:32 07.10.2026
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
20:29 07.10.2026
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
Bakıda kişi su pulu üstündə arvadını döydü
20:27 07.10.2026
Bakıda kişi su pulu üstündə arvadını döydü
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
20:19 07.10.2026
Könül Vəlibəyli və iki nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı həbs edilən klinika direktoru məhkəmədə ifadə verib
Sabah bu 5 kənddə qaz olmayacaq
20:12 07.10.2026
Sabah bu 5 kənddə qaz olmayacaq
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
20:04 07.10.2026
Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
20:00 07.10.2026
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
19:54 07.10.2026
Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
19:31 07.10.2026
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı