Paşinyan Tbilisidə Kobaxidze ilə görüşdü

Paşinyan Tbilisidə Kobaxidze ilə görüşdü
DÜNYA
11:36 04.03.2026
296
Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Ermənistan və Gürcüstan liderləri ikitərəfli strateji münasibətlərin gündəliyi ilə bağlı geniş məsələləri müzakirə ediblər.

Ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafı və genişlənməsi vurğulanıb.

Baş nazirlər regional əhəmiyyətli bir sıra məsələlər barədə də fikir mübadiləsi aparıblar. Bölgədə sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstanda işgüzar səfərdədir.
OXŞAR XƏBƏRLƏR