Paşinyan: TRIPP üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidir

Paşinyan: TRIPP üzrə razılaşmalar mümkün qədər tez bir zamanda de-yure təsdiqlənməlidir
SİYASƏT
12:44 15.01.2026
280
TRIPP-in icrası üzrə çərçivə sənədi sülh prosesinin daha bir əsas sənədidir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

O bildirib ki, adıçəkilən sənəd 2025-ci il 8 avqust tarixli bəyanatdan sonra növbəti vacib addımdır.

Paşinyanın sözlərinə görə, həmin bəyanat çərçivə səviyyəsində sülh prosesinin əsas və prinsipial məsələlərindən biri — regional kommunikasiyaların açılması məsələsini həll edir və bu, bütün fundamental məsələləri əhatə edir: "Bəyanatın mənası və praktik əhəmiyyəti ondadır ki, ölkəmizdə və regionumuzda sülh çox konkret və praktik addımlarla təmin olunur və bu artıq reallıqdır”.

Paşinyan mövcud sülhün qorunmasının vacibliyini qeyd edərək bildirib ki, Ermənistan tarixən uzunmüddətli sülh şəraitində yaşamayıb və bu proses yeni mədəniyyət və düşüncə tələb edir: "Münaqişə məntiqi hələ də dilimizdə və ifadələrimizdə çox güclüdür, sülh isə şüurumuza çox yavaş daxil olur. Son 35 ilin təcrübəsini nəzərə alsaq, bu normaldır. Amma önəmli olan odur ki, artıq yerində mövcud olan reallıqlar sosial-psixoloji sülh bazasının formalaşmasına xidmət etməlidir”.

Baş nazir əlavə edib ki, TRIPP çərçivəsində əldə olunmuş razılaşmalar mümkün qədər tez bir zamanda de-yure müqavilələr şəklində təsdiqlənməlidir: "Biz müqavilə layihələri və zəruri hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə, Ermənistan Respublikasında TRIPP adında bir şirkət yaradılmalıdır. Həmçinin marşrutlar, tikinti hüquqları, torpaqdan istifadə və tikinti icazələrinin müəyyən edilməsi vacibdir”.

O, dövlət strukturlarının gələcək proseslərə artıq bu gün hazırlaşmalı olduğunu vurğulayıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
Şəhid atası dünyasını dəyişdi
21:27 04.03.2026
Şəhid atası dünyasını dəyişdi