Paşinyan və Blinken Azərbaycanla normallaşma prosesini müzakirə edib

Paşinyan və Blinken Azərbaycanla normallaşma prosesini müzakirə edib
SİYASƏT
10:56 15.11.2022
187
Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər, noyabrın 7-də Vaşinqtonda baş tutmuş Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə toxunublar.

Blinken öz növbəsində ABŞ-ın iki ölkə arasında əlaqələrin normallaşması üçün dəstəyini davam etdirəcəyini bildirib.

Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
 
///APA 
OXŞAR XƏBƏRLƏR