Paşinyan yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermənin mümkün tarixini açıqlayıb

Paşinyan yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermənin mümkün tarixini açıqlayıb
SİYASƏT
23:54 21.03.2025
432
Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

"Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkret etmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional, qlobal təsiri olmaya bilməz”, – Paşinyan qeyd edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR