Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır oldu

Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır oldu
DÜNYA
18:39 24.10.2020
1161

Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mike Pompeo ilə görüşdən sonra - oktyabrın 23-də CNN-ə müsahibə verib. 

AZXEBER.COM APA-ya istinadən verdiyi xəbərə görə, tanınmış xanım aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakanyan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb. Müsahibənin əvvəlində o, humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün hər cür yolla bəhanə tapmağa çalışıb. Lakin Kristin Amanpour Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xüsusi qeyd edib. 

Xanım Amanpur erməni nazirə eyni zamanda 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbulunu da xatırladıb. 

 

Məlumat üçün deyək ki, 9 bənddən ibarət bu qətnamə BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ifadə edir. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını özündə əks etdirir. 

Erməni nazir xanım aparıcının bu sualı qarşısında özünü itirir və eynilə bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə çalışır. Aparıcının növbəti sualı da Ermənistanlı naziri çıxılmaz duruma salır. Kristin Amanpur Ermənistanın Baş naziri Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən "Qarabağ Ermənistandır” açıqlamasını yada salır. O, erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. "Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi ?”- deyən xanım aparıcı nazirdən izahat verməyi tələb edir. Mnatsakanyan isə növbəti dəfə suala cavab verməkdən yayınır . O iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız "Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu" düşünüb. Zohrab Mnatsakanyanın dilindən səslənən bu absurd cavab bir daha rəsmi İrəvanın qorxaq siyasət yürütdüyünü ortaya qoyur. 

CNN-in canlı efirində çətin vəziyyətə düşən Ermənistanın xarici işlər naziri "Qarabağ Ermənistandır” deyən baş nazirinin əslində qeyri-səmimi və təhrif olunmuş, beynəlxalq qanunlara zidd açıqlama verdiyini etiraf etmiş oldu. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan "HardTalk” verilişinin qonağı olarkən də oxşar vəziyyətlə qarşılaşmışdı. Verilişdə aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi obyektiv və həqiqəti özündə əks etdirən suallara cavab verərkən də biabır olmuşdu. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı