"Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edib. Yaxın günlərdə əminəm ki, Azərbaycan nümayəndə heyətləri də Ermənistana gələcək”.
Bunu Hamburqda jurnalistlərlə görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Cənubi Qafqaz Araşdırmalar Mərkəzi”nin rəhbəri Fərhad Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, iki ölkə arasında müəyyən səfərlər planlaşdırılır:
"Hazırda dövlət səviyyəsində nümayəndə heyətlərinin, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilir. Görünən odur ki, həm Ermənistan, həm də Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak üçün qarşılıqlı səfərlər planlaşdırılır. Bu, ikitərəfli formatda aparılan danışıqların tərkib hissəsidir”.
"Əgər sərhədlə bağlı hökumətlərarası komissiyanın iclası Qəbələdə keçirilibsə, deməli, növbəti görüşün Ermənistanda baş tutması gözlənilir. Paşinyanın bəyanatı da bu qarşılıqlı səfərlərin normaya çevrilməsi mesajını verməyə hesablanıb”-, deyə o bildirib.
Şahanə Ziyad










































