Anna Akopyan: "Ərdoğanın kitabını oxuyub bitirdim"

Anna Akopyan: "Ərdoğanın kitabını oxuyub bitirdim"
DÜNYA
15:32 04.10.2025
293
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyub yekunlaşdırdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Akopyan söhbətin "A fairer world is possible" ("Daha ədalətli dünya mümkündür") əsərindən getdiyini vurğulayıb.

"Kitabı elmi ədəbiyyatımla paralel oxuduğum üçün müəyyən vaxt apardı. Əminəm ki, Ermənistanın mütəxəssisləri bu kitabı dərc olunandan dərhal sonra oxuyacaqlar. Amma beynəlxalq münasibətlərdən kənar mövzularla maraqlanan və qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlərə deyə bilərəm ki, əsər BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərinə yenidən baxılması və təşkilata müasir dövrün çağırışlarına cavab verəcək real alətlərin verilməsinə həsr olunub", - deyə Akopyan yazıb.

Onun sözlərinə görə, Ərdoğan əsərində "dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarətində qala bilməz" fikrini önə çəkir.

OXŞAR XƏBƏRLƏR