"Ermənistan Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alıb”.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərin suallarına cavab verərkən söyləyib.
Lakin Mqer Qriqoryan iclasın konkret nə zaman baş tutacağını qeyd etməyib:
"Danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur, amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək.
Həmçinin, İrəvan və Bakı Arazdəyən-Horadiz dəmiryolunun işə salınması ilə bağlı yekun konsensus əldə ediblər”.