Paşinyan Türkiyə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? - AÇIQLAMA

Paşinyan Türkiyə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? - AÇIQLAMA
Siyasət
16:06 19.08.2021
2194
"Nikol Paşinyan ilk dəfə deyil ki, Türkiyə ilə münasibətlərin normallaşması məsələsinə toxunur. O inqilab yoluyla hakimiyyəti ələ keçirdikdən bir neçə ay sonra da qeyd-şərtsiz Türkiyə ilə münasibətlərin normallaşdırmağa hazır olduğunu bildirirdi. Ancaq Ankaranın şərti bəlli idi – Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalı və ərazi iddialarından vaz keçməlidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, Paşinyan özünü sülhpərvər və danışıqlara meylli kimi göstərməyə çalışır:

"Paşinyandan əvvəlkilər də bunu etmədilər, onun özü də Qarabağ müharibəsində məğlubiyyətinə rəğmən, iki qonşusunun ərazi bütövlüklüklərini tanımağa tələsmir. Belə olan halda onun çağırışları nəticəsiz qalacaq.

Buna baxmayaraq, Paşinyan özünü sülhpərvər və danışıqlara meylli kimi göstərməyə çalışır. Birincisi, Paşinyan deyir ki, Azərbaycan prezidenti ilə görüşməyə hazırdır. İkincisi, uzun fasilədən sonra kommunikasiya xətlərinin açılması məqsədilə Moskvada üçtərəfli komissiyanın işinə razılıq verib. Üçüncüsü, Paşinyan Türkiyə ilə barışığa çağırır”.
 

Elxan Şahinoğlu bildirib ki, Paşinyan əvvəl də bu məsələyə toxunaraq cəmiyyətin nəbzini yoxlayırdı:

"Paşinyan müharibədən sonra nazirləri vasitəsilə də Türkiyəyə sülh çağırışları edirdi. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri müharibədə məğlubiyyətdən sonra demişdi ki, artıq Türkiyə ilə sərhədin açılmasına heç nə mane olmur. Yəni erməni nazir bununla faktiki demək istəmişdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edibsə, demək Türkiyənin əsas şərti yerinə yetirilib və sərhəd açıla bilər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində "Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır” ifadəsini səsləndirmiş və bu açıqlama sosial şəbəkələrdə və yerli mediada qalmaqala səbəb olmuşdu. Armen Qriqoryan, jurnalistin "Ermənistan Türkiyəni düşmən ölkə hesab edirmi?” sualına belə cavab vermişdi: "Əgər biz regionun blokadadan azad edilməsinə gediriksə, bizim yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və biz bu istiqamətdə işləyirik”. Daşnaksutyun partiyasının tərəfdarları bu açıqlamalara görə Ermənistan Təhlükəsizlik Şurası binası qarşısında etiraz aksiyası keçirmişdi.
Aydın idi ki, Paşinyan Armen Qriroryan vasitəsilə cəmiyyətinə mesaj göndərir və bu yolla cəmiyyətinin Türkiyə ilə münasibətlərin nizamlanması məsələsinə nəbzini yoxlayırdı.
 
Paşinyan bu ilin mart ayında Armavir vilayəti sakinləri ilə görüşündə özü də eyni mövzuda çıxış etmişdi: "Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək. Bu yeni situasiyada biz qarşımıza tapşırıq qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın. Çünki siz bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmiryollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq ki, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik”.

Politoloq onu da qeyd edib ki, Parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb:

"Paşinyan parlament seçkiləri vaxtı bu mövzuya qayıtmadı ki, ermənilərin səslərini itirməsin. Parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb. Ancaq bunun üçün açıqlama vermək azdır, Paşinyan ən azı iki addım atmağa hazır olmalıdır. Birincisi, kommunikasiya xətlərinin açılması proseduruna start verməlidir. İkincisi isə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi istiqamətində danışıqlara başlamalıdır”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
18:11 17.09.2025
ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”