Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı QALMAQALLI AÇIQLAMA

SİYASƏT
16:49 30.07.2024
625
"İran hələ də hesab edir ki, "Zəngəzur dəhlizi" ideyası Ermənistanın maraqlarına cavab vermir".

Bu barədə Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə İranın Ali Rəhbəri Əli Xamenei bildirib.

Ayətullah Xamenei Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, İran-Ermənistan münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq qarşılıqlı maraqlar əsasında inkişaf edəcək.

O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu ölkələr arasındakı münasibətlərə müdaxilə etməməlidirlər.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR