Paulo Dibalanın yeni klubu bəlli oldu

Paulo Dibalanın yeni klubu bəlli oldu
İDMAN
20:28 04.05.2022
392
Cari mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılacağı dəqiqləşən argentinalı futbolçu Paulo Dibalanın yeni klubu bəlli olub.

AZXEBER.COM xəbər verir ki, 29 yaşlı hücumçu "İnter"lə anlaşıb.

Təcrübəli forvard yayda Milan təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq. O, yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Yuventus"un heyətində 35 oyun keçirib. Futbolçu bu görüşlərdə 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR