Teleqramın qurucusu Pavel Durov Qazaxıstanda qaydaları pozub.
AZXEBER.COM xəbər verir ki, 40 yaşlı milyarder buzlu göldə suya girib.
Sevgilisi Yuliya Vavilova ilə tətildə olan Pavelin Kolsay gölləri Milli Parkında buzlu suda çimməsi müzakirələrə səbəb olub.
Yerli mətbuatın verdiyi məlumatına görə, bu su hövzələrində çimmək qanunla qadağan olunub.
Qeyd edək ki, ötən il Durov 12 ölkədə sperma donorluğu nəticəsində dünyaya gələn 100-dən çox bioloji övladının, həmçinin üç fərqli qadından altı rəsmi uşağının olduğunu açıqlamışdı. İş adamı bu yaxınlarda vəsiyyətini açıqlayaraq bildirib ki, 106 uşağın hamısı miras hüququnda bərabər olacaq. 2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir.