Payız aylarında Naftalan “Netflix” də yayımlanacaq - FOTOLAR

Payız aylarında Naftalan “Netflix” də yayımlanacaq - FOTOLAR
SOSİAL
16:18 12.04.2022
1459
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə məşhur fransalı bloger Patrik Veiseller Azərbaycana səfəri zamanı Naftalanda da olub.  

AZXEBER.COM xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonağı qəbul edib, beynəlxalq turizm mərkəzinə çevrilən Naftalan şəhəri  barədə məlumat verib.
 
Həmçinin, Mədəniyyət nazirliyinə və əlaqədar təşkilatlara belə bir təşəbbüsü dəstəklədiklərinə görə  minnətdarlığını ifadə edib. Məşhur bloger Azərbaycana ilk səfərindən məmnunluq duyduğunu və şəhərimizlə tanışlıqdan, ona göstərilən diqqətdən böyük zövq aldığını bildirib. 
Qeyd edək ki, məhşur bloger Netflix platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək. Avtomobil turu formatında həyata keçirilən layihədə "Patrick le Chinois” ləqəbli bloger şəhərin mədəni-tarixi məkanlarında çəkilişlər aparıb. Sonda qonaqlara ŞİH başçısı tərəfindən xatirə hədiyyələri təqdim olunub. Çəkilişlər daha sonra Göygöl, Şəki və paytaxt Bakıda aparılacaq.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR