Payıza doğru yenidən sərt karantinə ehtiyac olacaq? - Komitə sədrindən əhaliyə çağırış

Payıza doğru yenidən sərt karantinə ehtiyac olacaq? - Komitə sədrindən əhaliyə çağırış
SOSİAL
15:37 05.07.2021
861

Son günlər koronavirusa yoluxmanın sayında az da olsa artım müşahidə edirik. Digər ölkələrdə yayılan "Delta” ştammı da insanlarda qorxu yaratmağa başlayıb. Hər kəsi maraqlandıran bir sual var: yoluxma getdikcə artarsa, sərt karantin rejiminə keçə bilərikmi?

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev bu haqda  Modern.az-a danışıb. O, hələ ki epidemoloji şəraitin yaxşı olduğunu, yoluxmanın 100-ü keçmədiyini bildirib:

"Vaksinasiya demək olar ki, sürətlə davam edir, vaksinləşən insanlarımızın sayı artır. Yoluxub sağalan insanlarda immunitet formalaşır. Lakin bu hadisələr bizi arxayınlaşdırmalı deyil. "Delta” ştammının yayılma təhlükəsi  çoxdur. Çünki artıq qonşu ölkələrdə, xüsusən də Rusiyada geniş şəkildə yayılıb. Turizm əlaqələri gediş-gəlişlər çoxalıb. Bizim xeyli vətəndaşımız Rusiyada yaşayır, işləyir və yay fəslində Azərbaycana geri dönürlər. Eyni zamanda istirahət üçün Rusiyaya gedənlər də var. Bu səbəbdən son dərəcə ehtiyatlı olmaq lazımdır. Xüsusilə sərhəd-keçid məntəqələrində xarici ölkədən gələnlərin yoxlanılması yaxşı təşkil olunmalıdır. Yəqin ki, bu işlər aparılır. Toylar başlayıb, bir çox iaşə obyektləri, idman zalları fəaliyyətə başlayıb. Bu səbəbdən son dərəcə ehtiyatlı olub, sosial məsafəni qorumalıyıq”.

Musa Quliyev bir daha əhaliyə müraciət edib:

"Əhali olaraq maksimum şəkildə vaksinasiya olunmalıyıq. İmmunitetimizi gücləndirmək üçün hər cür şəraitimiz var. Çalışmaq lazımdır ki, payızda yenidən yoluxmalar artmasın. İndiki şərait yaxşıdır. Yaxın vaxtlarda sərt karantinə ehtiyac olmayacaq. Lakin payıza doğru yeni təhlükə ilə üzləşə bilərik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI