Payızda koronavirus təhlükəsi artacaq - VİDEO

Payızda koronavirus təhlükəsi artacaq - VİDEO
SOSİAL
18:57 03.09.2020
784

Artıq sentyabr ayındayıq və bir müddət sonra payızın gəlişi ilə hava da soyumağa başlayacaq.İnsanlar pəncərələri bağladıqda, istilik mövsümü başlayacaq, sakinlər qapalı məkanlarda daha çox vaxt keçirəcəklər, təbii olaraq virusa yoluxma çoxalacaq və xəstələnmənin səviyyəsi qalxacaq.

Təkcə koronavirusa yox, başqa respirator infeksiyalara da yoluxma çoxalacaq.

Bu fikirləri artıq tez- tez eşitməyə başlamışıq, təbii olaraq insanlar da bu fəsillərdə xəstəliklərin çoxalması ilə əlaqədar daha çox özlərini qorumağa çalışırlar.

Amma bu payız koronavirus bütün infeksion xəstəlikləri kölgədə qoyub. Artıq hərarətimiz artanda belə ağlımıza ilk, grip yox koronavirus gəlir.

Mütəxəsislər hesab edir ki, yeni növ koronavirus infeksiyasının payız dalğası çox risklidir. Doğurdanmı oktyabr-noyabr aylarında yeni bir epidemiya dalğası gözlənilir?

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, payız-qış aylarında digərxəstəliklərlə yanaşı koronavirus infeksiyası da normal olaraq artacaq:

"Soyuq aylarda digər respirator infeksiyalarda da müşahidə olunduğu kimi saylarında artım müşahidə olunur. Sıx toplaşmaq qapalı məkanlardan dahha çox istifadə etmək yəni bu halların sayı artmış olur eyni zamanda həmin məkanlarda da yenə də soyuq hava şəraitindən asılı olaraq havalandırılmanı gec-gecedirik . Bu da eyni mühitdə infeksiyanın miqdarının daha çoxalmasına gətirib çıxarır ki, xəstəlik artmış olur" .

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvüNəzrin MustafayevaBaku TV-yə açıqlamasında bildirib.

Elə bir müddət əvvəl TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da dünyanın koronavirusla bağlı, payıza ciddi hazırlaşdığını qeyd etmişdi.Bəs soyuq aylarda xəstəliklərin artmasını ikinci dalğa riski kimi dəyərləndirmək olar mı sualına isə mütəxxəsislərin cavabı isə belədir; bunun ikinci dalğa olub olmadığınıyalnız o mərhələni keçdikdən sonra, keçdiyimiz dövrün ikinci dalğa olub olmadığını dəyərləndirəcəyik. Bizə sadəcə soyuq aylarda özümüzü qoruyub, imunitetimizi yüksək tutmaq düşür. Yəni pandemiya dövrü bitənə qədər az, ya da çox, riskhəmişə olacaq.

 
OXŞAR XƏBƏRLƏR