‘Paypoint’i yaran 18 yaşlı oğlan: ‘İçkiliydim, elədim’ - VİDEO

KRİMİNAL
13:41 16.12.2015
2737

"Gördüm ki, adamlargəlir,hər şeyi atıb qaçdım"

Abşeronda ödəniş terminalını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. O, hadisəni törədərkən sərxoş olduğunu deyib.

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları Qobu qəsəbəsində fəaliyyət göstərən apteklərdən birində quraşdırılan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən 18 yaşlı Mehman Əlizadəni saxlayıb.

Polisdən verilən məlumata görə, Mehman ödəmə terminalını yerindən qoparıb sürüyərək sakit yerə aparıb. Orada terminalın ekranını sındırıb içindəki pulları çıxarmaq cəhdi boşa çıxıb.

Mehman Əlizadə - saxlanılan şəxs:"Gecə idi. İçdim, ağlımagəldi ki,gedim "paypoint"i aparım.Girdim aptekə, kassadan 6 manat pulgötürdüm. Şunurları qırıb, terminalı bayıra çıxartdım, sürüyüb yolun o biri tərəfinə apardım. Açmaq istədim, aça bilmədim. Səhərə yaxın idi,gördüm ki, adamlargəlir,hər şeyi atıb qaçdım".

Qeyd edək ki, Mehman Əlizadə Lökbatanda yerləşən avtoyuma məntəqəsində yuyucu işləyib.Faktla əlaqədar artıq CM-in müvafiq maddəsi ilə cinayət işi başlanıb. (Region TV)

OXŞAR XƏBƏRLƏR