Paytaxt derbisində qalib müəyyənləşmədi

İDMAN
21:17 25.12.2012
1038

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun təxirə salınmış bir oyunu keçirilib.

Paytaxt derbisində "İnter" öz meydanında "Neftçi" ilə qarşılaşıb.

Bu oyuna qədər 33 xalla turnir cədvəlinə başçılıq edən "İnter" liderliyini möhkəmləndirmək niyyətində idi. Lakin bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan 1 xalla ayrılıblar - 1:1.

25 dekabr

Premyer Liqa,VII turun oyunu18:00.“İnter” – “Neftçi” - 1:1Qollar:Nikolas Kanales, 11 (0:1), İbrahima Niasse, 75 (1:1)Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Rza Məmmədov, Fariz YusifovAFFA nümayəndəsi: Şaiq HəmidovHakim-inspektor: Gülağa Cabarov“Şəfa” stadionu.

"İnter":1. Giorgi Lomaya, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze

"Neftçi":30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev//qol.az

OXŞAR XƏBƏRLƏR