Paytaxt rayonlarında müşavirələr keçirilir

Paytaxt rayonlarında müşavirələr keçirilir
SOSİAL
09:49 17.11.2025
130
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektor nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsi olub.

İlk müşavirələr paytaxtın Sabunçu, Xətai və Nizami rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon İcra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
10:04 31.07.2026
"Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir" - Japarov
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
09:59 31.07.2026
İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
09:55 31.07.2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib