Xəzər rayon sakini 21 yaşlı Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
AZXEBER.COM xəbər verir ki, G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli şalvar və boz rəngli gödəkçə olub.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03 şəhər nömrələri və (050) 821-00-11, (055) 611-83-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.










































