Argentinanın paytaxtı Buenos-Ayresdə yağan leysan yağışları son bir ayın normasından artıq olduğundan daşqınlara səbəb olub. Buenos-Ayresdə leysan yağışlar daşqına səbəb olub ki, nəticədə 5 nəfər ölübDaşqın nəticəsində azı 5 nəfərin öldüyü bildirilir. Şəhərdə cəmi 2 saata aprel ayı üçün yağıntı norması düşüb. Bu isə 1989-cu ildən bəri qeydə alınan rekord göstəricidir. Küçələri və yeraltı keçidləri su basıb.Metronun işi dayanıb, dəmiryol və digər nəqliyyat növləri isə gecikmələrlə işləyir. Daşqın avtomobilləri aparıb. Leysan yağışı müşayiət edən güclü külək isə elektrik enerjisi naqillərinə ziyan vurub. Meteoroloqlar leysan yağışların həftə sonuna kimi davam edəcəyini proqnozlaşdırırlar.