Paytaxtda avtobusda cibgirlik edən şəxs saxlanıldı

Paytaxtda avtobusda cibgirlik edən şəxs saxlanıldı
KRİMİNAL
11:02 08.05.2026
345
Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatdan istifadə etdiyi zaman cibində olan mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən 48 yaşlı Adil Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR