Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
SOSİAL
22:26 28.09.2026
123
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq. 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib:

"Bir çox müntəzəm marşrutların iş saatları sərnişin tələbatına uyğun olaraq dəyişidirilərək saat 00:00-dək uzadılması nəzərdə tutulub. Hazırda bununla bağlı müvafiq işlər aparılır". 

Açıqlamada qeyd edilib ki, paytaxtın müntəzəm marşrutları mərhələli qaydada "brutto müqavilə” sisteminə keçirilir. Bu sistemə keçən avtobuslar artıq gecə 00:00-dək xidmət göstərir.
OXŞAR XƏBƏRLƏR