Paytaxtda motosiklet və moped oğruları saxlanıldı

Paytaxtda motosiklet və moped oğruları saxlanıldı
SOSİAL
14:06 27.10.2025
87
Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək naməlum şəraitdə dəyəri 1500 manat olan "Tufan M-50” markalı motosikletinin oğurlandığını bildirib. 

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Şərifov müəyyən olunaraq saxlanılıb. 

Nizami rayonunda isə paytaxt sakininə məxsus mopedi talamaqda şübhəli bilinən daha üç nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR