Paytaxtda oğurluq edən şəxslər saxlanıldı

Paytaxtda oğurluq edən şəxslər saxlanıldı
SOSİAL
15:18 01.04.2026
299
Paytaxtın Nərimanov rayonunda talama cinayəti baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayonun C.Hacıbəyli küçəsində yerləşən evlərin birindən 800 manat nağd pulun naməlum şəraitdə oğurlanması barədə polisə  məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı qadın müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonunda isə parkların birində Göyçay rayon sakininin mobil telefon və geyim əşyasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Q.Həmidov da polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR