Paytaxtda pirat CD və DVD-lərin satışının qarşısı alınıb
MARAQLI
00:37 03.12.2011
1317
Bakıda pirat CD və DVD-lərin satışının qarşısı alınıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev 3019 ünvanında Polad Quliyevə məxsus mağazada aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı aşkar edilib.Belə ki, yoxlama zamanı mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsullarının satıldığı müəyyən olunub.Bununla əlaqədar mağazada aşkar edilmiş 255 ədəd pirat CD və DVD-lərin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Polad Quliyevə icrası məcburi göstəriş verilib.