Paytaxtda qadınların çantalarını oğurlayan şəxs saxlanıldı

Paytaxtda qadınların çantalarını oğurlayan şəxs saxlanıldı
SOSİAL
20:35 06.08.2018
4513
Bakı şəhəri Xətai rayonunun 35-ci polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakı şəhəri Baş Polis İdarəsindən AZXEBER.COM-a verilən xəbərə görə, saxlanılan şəxs Bakı sakini Nizaməddin Nəbiyevdir. 

İlkin ehtimallara görə, Nəbiyev avqustun 4-də qadının çantasını əlindən alaraq qaçıb. Əməliyyat tədbirləri zamanı soyğunçunu yaxalamaq mümkün olub.

Məlumata görə, Nəbiyevin Bakı şəhərində törədilən analoji cinayətlərdə də əli ola bilər. Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR